Peşəkar vəkil Adəm Məmmədov Prezident İlham Əliyevə müraciət etdibackend
Hörmətli cənab Prezident!
AR Milli Məclisinin qərarına əsasən, məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkilin işə baxan hakim tərəfindən 500 manatadək cərimələnməsinə dair 174.5-ci maddə AR Mülki Prosessual Məcəlləsinə əlavə edilmişdir. Bu qərarın qüvvəyə minməsi ədalət mühakiməsinin və vəkillik institutunun öz müstəqilliyini tamamilə itirməsi deməkdir.
Hörmətli cənab Prezident!
Əlavə edilmiş bu maddə Sizin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli fərmanınızın ruhuna ziddir. Ali məhkəmənin təşəbbüsü ilə qəbul edilmiş bu qanun beynəlxalq hüququn tələblərinə zidd olmaqla hazıradək ədalətsiz qərar qəbul edən bəzi hakimlərin hisslərinin məhsuludur.
Vətandaşlarımızın hüquqlarının müdafiə taktikasının düzgün qurulması, həmçinin hakimlərin sui-istifadə hallarına yol verməsinin qarşısını almaq üçün sözügedən maddənin məcəlləyə əlavə edilməməsi ilə bağlı müvafiq tədbir görməyinizi Sizdən xahiş edirəm.
Əvvəlcədən dərin təşəkkür edirəm!
Hörmətlə! Vəkil Adəm Məmmədov