Peskov bəyanat yaydıbackend

Kremlin sözçüsü Dmitri Peskov açıqlama yayıb.

“Yeni Gundem” rus mediasına istinadən xəbər verir ki, Peskov bildirib ki,Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü, həmişə olduğu kimi, bağlı qapılar arxasında keçiriləcək.

Prezident və Kreml DRQ-nin Bryansk vilayətində hücumu zamanı digər uşaqları xilas edən oğlanın qəhrəmanlığına heyran qalır, onun əməli qeyd olunacaq.

Bryansk vilayətinə hücumla əlaqədar bir sıra rayonlarda hərbi vəziyyətin tətbiqi ilə bağlı qərarlar qəbul edilməyib.

İstintaqın nəticələrinə əsasən nəticə çıxarılacaq, – Peskov Bryansk vilayətində baş verən hadisələrdən sonra “Rusiya Könüllülər Korpusu”nun terrorçu kimi tanınması ilə bağlı suala cavabında deyib.

Bryansk vilayətində baş vermiş terror aktı araşdırılacaq və gələcəkdə bunun qarşısının alınması üçün tədbirlər görüləcək.

Qərbin Kiyevə silah tədarükünü artırması ölkələrin iqtisadiyyatına ağır yüklər qoyur, vətəndaşların rifahına mənfi təsir göstərir.

Fərahim Rəhimov