Peskov: “Bu, xüsusi hərbi əməliyyatın qarşısında qoyulmuş məqsədlərə çatmasına mane ola bilməz”backend

“Yaxşı bilirik ki, ABŞ, Böyük Britaniya, NATO üzvləri Ukrayna silahlı qüvvələrinə daimi əsasda kəşfiyyat məlumatları və digər parametrləri ötürür. Bu, hamıya məlumdur.”

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov, həmçinin əlavə edib ki, qeyd olunan ölkələrin və NATO-nun Ukraynaya göndərdiyi silah axını əməliyyatın tez başa çatmasına kömək etməyən hərəkətlərdir, ancaq onların bu hərəkətləri xüsusi hərbi əməliyyatın qarşısında qoyulmuş məqsədlərə çatmasına mane ola bilməz.