Peskov: “Ukraynanın Qərbin silahları ilə təmin edilməsi qitənin təhlükəsizliyini təhdid altına alır”backend

Ukraynanın Qərbin silahları ilə təmin edilməsi qitənin təhlükəsizliyini təhdid altına alır.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukraynaya və digər ölkələrə istənilən növ silahların verilməsi tendensiyası özlüyündə qitənin təhlükəsizliyini təhdid edən və qeyri-sabitliyə səbəb olan hərəkətlərdir.”, – deyə Peskov Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Ukraynadan başqa digər ölkələrə də mümkün silah tədarükü ilə bağlı bəyanatını şərh edərkən bildirib.