Peskovdan Kəlbəcərlə bağlı MÜHÜM AÇIQLAMAbackend

Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana verilməsi prosesində Rusiya sülhməramlılarının iştirakı məsələlərini komandanlığa yönəltmək lazımdır.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

“Bu rayonun qaytarılması Putin, Əliyev və Paşinyan tərəfindən imzalanan birgə bəyanatda nəzərdə tutulub. Bu, erməni tərəfinin üzərinə götürdüyü öhdəlikdir. O ki, qaldı Rusiya sülhməramlılarının bu prosesdə iştirakı məsələsinə, sizə cavab verə bilmərəm. Yaxşı olardı ki, belə sualları komandanlığa yönəldəsiniz”, – deyə Rusiya prezidentinin sözçüsü Kəlbəcər rayonunun Azərbaycana verilməsində Rusiyanın rolu nədən ibarət olacaq sualına cavabında vurğulayıb.APA