Peskovdan son vəziyyətlə bağlı açıqlamabackend

Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçiliyini davam etdirəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, vəziyyəti sabitləşdirmək yalnız Qarabağ üzrə ümumi razılaşmaların həyata keçirilməsi ilə mümkündür.

“Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq”, – Kremlin sözçüsü vurğulayıb.