Peskovun avtomobili qəzaya düşdübackend

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun xidməti avtomobili qəzaya düşüb.

“Yeni Gündəm” xəbər verir ki, Peskov hadisə zamanı maşında olmadığını bildirib.

“Mən orada deyildim. Hər şey qaydasındadır”,- deyə Peskov qeyd edib.

Rusiya Prezidentinin İnzibati İşlər İdarəsinin mətbuat katibi Yelena Krilova “RİA Novosti”yə bildirib ki, avtomobilin sürücüsü də hadisə zamanı xəsarət almayıb, avtomobilə ziyan dəyib.

“Baş verənlərin səbəbləri indi araşdırılır” ,- deyə o qeyd edib.