Peyvənd edilməyən vətəndaşlara mağazalara getmək qadağan olundubackend

Latviya hökumətinin koronavirusa yoluxma sayının artması səbəbindən tətbiq etdiyi 3 aylıq fövqəladə vəziyyət rejimi artıq qüvvəyə minib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bu gündən qüvvəyə minən qərarla peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Qərara əsasən ölkədə peyvənd edilməyən vətəndaşlara mağazalara getmək qadağandır. Eyni zamanda peyvənd olunmayanlar zərurət yaranmadıqda ticarət köşklərinin ərazisinə də daxil ola bilməzlər.

Latviya hökuməti bildirib ki, qərarı koronavirusun sürətlə yayılmasını məhdudlaşdırmaq üçün verib. Eyni zamanda ölkədə hələ də peyvənd edilməyən çoxlu sayda vətəndaşın olduğu bildirilir.

Xatırladaq ki, Baltikyanı ölkədə daha əvvəl koronavirusa görə iki dəfə fövqəladə vəziyyət rejimi elan olunub.