Peyvənd olunan Azərbaycan vətəndaşları bu imtiyazları əldə edəcək – VİDEObackend

COVID-19-a qarşı peyvənd olunan Azərbaycan vətəndaşları, ölkədəki karantin rejiminin sərtləşdirilməsi halında müəyyən imtiyazlar əldə edəcəklər.

Bu barədə caliber.az-a ölkənin tibb dairələrindəki mənbələrdən məlumat verilib.

Xüsusilə, sms-icazə ölkə ərazisində yenidən aktivləşdirilirsə, bu qadağa COVID-19-a qarşı peyvənd olunan vətəndaşlara şamil edilməyəcək.

Peyvənd olunanlara beynəlxalq uçuşlar zamanı səyahət edərkən müəyyən imtiyazlar da veriləcək.

Bundan əlavə, yalnız peyvənd olunan şəxslər kafe və restoranları ziyarət edə biləcək. Digərləri isə bu imkandan məhrum olacaqlar.