Peyvənd olunanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 735 vaksin vurulub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, “buster” doza üzrə isə 25 215 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə 4 699 487 nəfər təşkil edir. Ümumilikdə isə 1 644 216 “buster” doza vurulub.