Peyvənd olunanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 734 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 720, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 014 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 616 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 845 471 təşkil edir.