Peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq? – ELANbackend

Sosial şəbəkələrdə Ağcabədidə ABB – Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, – elanda qeyd olunub. “Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur: “Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.