Peyvəndə əks göstəriş olan şəxslər xüsusi komissiyanın rəyi ilə qeydiyyat sisteminə daxil ediləcəkbackend

Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib.

“Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”,-deyə məlumatda bildirilib.