Peyvəndlə bağlı açıqlama: Bu tarixdə hazır olacaqbackend

“Dünyada pandemiyanın yayılma sürəti artır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ilk bir ayda virus 100 min insana yayılmışdısa, bu gün son sutkada yoluxma 180 min nəfər olub: “Koronavirusa qarşı bir çox peyvəndlər hazırlanır. Bir peyvənd artıq sınağın son mərhələsindədir.

Ümid edirəm ki, 2020-ci ilin sonunda bu peyvənd tibb işçilərinin istifadəsinə veriləcək. Dekzametazon dərmanı da virusa yoluxmuş şəxslərin ölüm riskini azaldır”.