“Peyvəndlərdən sonra virusa qarşı immunitetin nə qədər qaldığı dəqiq bilinmir”- Baş infeksionistbackend

“Koronavirus yeni xəstəlik olduğu üçün xəstəlikdən sonra immunitetin bədəndə neçə müddət qaldığını dəqiq müəyyənləşdirmək mümkün deyil”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov “Yay aylarında COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, bəzən 6 ay deyilsə də, amma bu sual hələ ki, açıqdır: “Peyvəndlərdən sonra immunitetin nə qədər qaldığı dəqiq bilinmir, amma ümumi qəbul olunmuş qaydalara görə, vaksindən sonra ən azı 6 ay qala bilər. Bu, dəqiqləşməmiş məlumatdır. Burada 6 ay sonra yenidən vaksin olunub-olunmama sualı ortaya çıxır, amma bu da zamanla aydın olacaq”.