” PİS ƏMİLƏR”
Mənim gözəl donum var, Üstündə çiçəkləri
Hərəsi başqa cürə Fərqli idi rəngləri
İndi donum bulaşıb Toz olub, torpaq olub
İndi donum bulaşıb Qan olub, çirkab olub.
O əmi bulaştırdı Məni əlimdən tutdu
Uzaqlara apardı Hər gizləndiyim zaman
Məni anam tapardı Bu dəfə tapammadı
Dadıma çatammadı Orda heç kəs yox idi
Bir mən bir əmi idi Dedi ki gəl oynayaq
Oynamaq istəmədim, O əmi pis əmidir
Məni döydü ,ay anaAğzım da tutmuşdu
Qoymadı ki çığıram Mən anamı çağıram.
Donum bütün qan olub Məni bağışla ana
Allah baba yorulub Çatammadı dadıma
Yolma o saçlarını,Yolma ay mənim anam,
Söz verirəm sənə mən Daha pis əmilərlə Oynamaram, ay ana.
Allah baba dedi ki Qorxma daha sən burda Pis əmilər qaldı anan olan dünyada.
Bənövşə Mahmudqızı