Polad Bülbüloğlu: “Atamın doğulduğu torpağı öpəcəyəm”backend

“Şuşanın azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim. Dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir. Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı bildirib.

“İlk fürsətdə oraya gedəcəyəm. Həm də orada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm”, – səfir qeyd edib.Report