Polad Bülbüloğlu ilə bağlı XƏBƏRbackend

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.APA