Polad Bülbüloğlunun Şuşada baxil geyinməsinə aydınlıq gətirildibackend

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun Şuşada baxil geyinməsinə aydınlıq gətirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak edən jurnalist Vüsal Məmmədov bildirib ki, Polad Bülbüloğlu səhnəyə iki dəfə çıxıb, buna görə də palçıqdan qorunmaq üçün baxil geyinməsi normal idi.

“Palçıqlı ayaqqabı ilə səhnəyə çıxmazlar axı. Digərlərinə gəlincə, insana “Vətəni sevirsənsə, mütləq ayağın palçığa batmalıdır” demək nə qədər məntiqlidir? Yəni palçığın patriotizmlə əlaqəsini qurmaqda çətinlik çəkirəm” – V.Məmmədov qeyd edib.