Polad Həşimovun anası Milli Qəhrəman adına görə təşəkkür etdi – VİDEObackend

Ötən gün ölümündən sonra Milli Qəhrəman adına layiq görülən general-mayor Polad Həşimovun anası Səmayə Həşimova təltifə görə ölkə rəhbərinə təşəkkür edib.

“Yeni Gündəm” xəbər verir ki, S. Həşimova AzTV-yə müsahibəsində bildirib ki, oğlu general-mayor Polad Həşimov öz canını ordumuzda, torpaqlarımız uğrunda fəda edib: “Torpaqlarımız uğrunda özünü fəda etməyinə görə bizim dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə onun əziyyətini qiymətləndirdiyinə görə öz ailəmiz adından təşəkkürümüzü bildiririk. Sağ olsun ki, mənim oğlumun əziyyətini belə qiymətləndirib”.