Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdibackend

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatürkün məzarlarını ziyarət edib.

Səmayə xanımın Rəsulzadənin məzarı başında çəkdirdiyi foto sosial şəbəkələrdə məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb.