Polis əməkdaşları Respublika Perinatal Mərkəzindəki yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görüblərbackend

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

DİN-in mətbuat xidmətindən “Yeni Gundem”-ə bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə – xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.