Polis hər gün 20 manat cərimə yazır – ŞOKbackend

ARB TV-nin aparıcısı Lalə Əlimuxtarova avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığını, amma buna görə ona cərimə yazılmasından şikayətlənib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Aparıcı aidiyyəti orqanlara səslənərək bunları deyib:

“Həsən bəy Zərdabi küçəsindəyəm, avtomobilimi bina sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada “saxlama” işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazırlar.

Səhərin açılmasına imkan vermirlər. Yenə gəlib maşını çəkib və cərimə ediblər. Burada saxlanılan avtomobillər heç bir yoldan keçənə mane olmur”.Qafqazinfo