Polis kapitanı qəza törətdi: hadisə yerində öldübackend

Bakı şəhərində polis qəzada vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Vasif Qulu oğlu Quliyev idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.

Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Vasif Qulu oğlu Quliyev xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:

“V.Quliyev hadisə yerində ölüb”.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az