“Polis maşınını çevirənlər, “allahu əkbər” deyib parlamentin binasına soxulanlar cəzalandırılmalıdır”backend

Düşünürəm ki, o polis maşınını çevirib təpikləyənlər, “allahu əkbər” deyə MM-ə soxulanlar hamısı tutulub cəzalandırılmalıdır, həm də ən sərt şəkildə -birmənalı!

Onların heç birinin niyyəti əsgərə və orduya dəstək deyildi. Əksinə bu niyyətdən maksimum yararlanmaq idi.

Videolara baxıram, cavan-cavan uşaqlardır, bəlkə heç əsgərdə də olmayıblar. Dəli kimi qışqırıb PPX maşınını çevirmək, sonra da qayıdıb bir də təpikləməyin adı nədir izah olunmalıdır onlara.

Boş başına yeridilməlidir ki, “Sən əsgərə, orduya dəstək adı ilə çıxıb polisə təpik ata bilməzsən”. Bu klounluğun səhnəsi və yeri deyildi…

Polislərimiz isə təmkin və səbrinə görə alqışa layiq davrandılar.

Kütlə idarə olunmayanda həmişə təhlükəyə çevrilir. Əlini uzatsan, qolunu qoparar. Kütləni özbaşına qoymaq olmazdı.

Kütlənin dilindən anlayan bir ağsaqqal lazım idi ora…

Əzizə İsmayılova

Jurnalist