Polis şöbəsində ölüm hadisəsibackend

Bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

Bu barədə DİN Baş DYP İdarəsindən bildirilib.

Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş.