Polis şöbəsində söyüş söyən şəxs HƏBS EDİLDİbackend

Polis şöbəsində söyüş söyən şəxs həbs edilib.

Şəki rayonu Aydınbulaq kənd sakini Elmir Quliyev (ad və soyad şərtidir) martın 3-də Şəki Şəhər Rayon Polis Şöbəsinin qarşısında dövlət orqanlarının və rəhbər vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr işlədib, söyüş söyüb.

 

Polis əməkdaşları Murad Vahabov və Emil Əhmədov ona yaxınlaşaraq nizam-intizama əməl etməyə çağırıblar. Elmir polis şöbəsinə dəvət olunub. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, Elmir yenə də səs-küy salıb və nalayiq ifadələr işlədib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib olunub.

Şəki Rayon Məhkəməsinin qərarı ilə Elmur Quliyev 20 gün müddətinə inzibati qaydada həbs olunub. (unikal)