Polisin başına zibil atanlar saxlanıldı, bina nəzarətə götürüldü – VİDEObackend

İyunun 7-də sərt karantin rejimi zamanı Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakininləri polisin üstünə zibil torbaları atmışdılar.

“Yeni Gündəm”-in xəbərinə görə, bu gün həmin küçəyə polis qüvvələri cəlb edilib. Onlar binaya daxil olaraq bir neçə nəfəri saxlayıblar.

 

Yasamalda polisə zibil atan binaya çevik polis alayı yeridilib

Dünən sərt karantin rejimi zamanı Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakininləri polisin üstünə zibil torbaları atmışdılar. Bu gün həmin küçəyə polis yeridilib. Onlar binaya daxil olaraq 9 nəfər sakini saxlayıblar. Onların bəziləri yarıçılpaq şəkildə aparılıb. PAYLAŞIN.

Gepostet von Meydan TV am Sonntag, 7. Juni 2020