Polisin jurnalisti “söhbətə çağırması” görüntüləri gündəm oldu – VİDEObackend

Ağır Cinayətlər Məhkəməsinin qarşısında toplaşan jurnalistlərlə polis əməkdaşları arasında insident yaşanıb.

İnsidenti əks etdirən kadrları jurnalist Fatimə Mövlamlı yayıb.

Kadrlarda polis əməkdaşının sözügedən ərazidə çəkiliş aparan digər jurnalist və ictimai fəal Nurlan Qəhrəmanlını (Libre) “söhbətə çağırması” əks olunub.

Polis əməkdaşının bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, ötən gün Sənay Yağmurun xalası oğlu Əsgər Ağayev tərəfindən təcavüzə məruz qalması iddiası ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Prosesdə Əsgər Ağayevə hökm oxunacağı gözlənilsə də bu baş verməyib. Belə ki, təqsirləndirilən şəxs protokolla tanış olmadığı təqdirdə son söz deməyəcəyini bildirib. Növbəti məhkəmə prosesi avqustun 17-də saat 17:00-da keçiriləcək.

Demokrat.az