Polislər minaya düşüb, 4 nəfər ölübbackend

Əfqanıstanda polis əməkdaşları minaya düşüb, ölənlər və yaralananlar var.

“Yeni Gündəm”-in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şərqində, Qəzni şəhərində baş verib.

Yol kənarında iki mina partlayışı nəticəsində 4 polis əməkdaşı həlak olub, 3 nəfər isə yaralanıb.

Qəzni şəhərinin rayonlarından birinin polis rəisinin də öldüyü bildirilir.

APA