İndi hər kəsi düşündürən bir sual var: Rusiya Ermənistana açıq hərbi dəstək verə bilərmi?
Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan ordusu 10-dan çox kəndi azad edib. Rusiyanın məsələyə hərbi müdaxiləsi real görnümr:
“Tərtər Su Elektrik Stansiyası tam mühasirədədir. Azərbaycan Ordusu ermənilərin müxtəlif məntəqələrini darmadağın edib. Hazırda ordumuzun çox böyük üstünlüyü var. Ermənistan panika içərisindədir. Əgər Rusiya müdaxilə etməsə, Azərbaycan 2-3 gün ərzində hər şeyi həl edə bilər”.