Polkovnik Valeh Rəcəbov vəfat etdibackend

Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə keçmiş komandir müavini, ehtiyatda olan polkovnik Valeh Rəcəbov dünyasını dəyişib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat paylaşıb. O qeyd edib ki, mərhum polkovnik ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, V. Rəcəbov bu gün Müdafiə Nazirliyinin hərbi qulluqçular üçün nəzərdə tutulmuş Qurd Qapısı qəbirstanlığının yaxınlığındakı ərazidə torpağa tapşırılacaq.