Polşa Ukraynanın ərazi bütövlüyünü pozur? – Peskovdan AÇIQLAMAbackend

Kremlin mətbuat katibi Dmitri Peskov Polşa tərəfindən Ukraynanın ərazi bütövlüyünün pozulmasının mümkün təhlükəsindən danışıb.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Son aylarda Polşadan çoxlu sayda düşmən ritorikası faktını sezirik. Əslində Polşa ilə Rusiya arasındakı münasibətlər uzun müddətdir ki, belədir. Lakin son aylarda bu hal artıq düşmənçiliyə çevrilib. Polşa tərəfdən Ukraynanın ərazi bütövlüyünə təhlükə yaranmasına gəldikdə isə bu artıq açıq-aşkar görünür” – Peskov vurğulayıb.