Polşa yaxın günlərdə Ukraynaya dörd MiQ-29 döyüş təyyarəsi tədarük edəcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı ölkə prezidenti Anjey Duda bildirib .
Gələcəkdə Varşava Kiyevi qalan 12 döyüş təyyarəsi ilə təmin edəcək, deyə o əlavə edib.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda CNN telekanalına müsahibəsində bildirmişdi ki, Varşava Kiyevə ölkənin Hərbi Hava Qüvvələrində istifadə olunan bir sıra MiQ-29 qırıcıları göndərmək niyyətindədir.
“Biz bu qırıcıları təhvil verməyə hazırıq və əminəm ki, Ukrayna dərhal onlardan istifadə etməyə hazır olacaq”, – onun sözləri ingilis dilinə tərcümə edilib.
Slovakiyanın müdafiə naziri Yaroslav Nad Facebook-da yazıb ki, Ukraynaya MiQ qırıcılarının çatdırılması ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb. Ofis rəhbərinin sözlərinə görə, Polşa bu istiqamətdə birgə fəaliyyətə hazır olduğunu bildirib.
“Düşünürəm ki, qərar qəbul etməyin vaxtı çatıb” dedi Nad. “Ukraynada insanlar ölür, biz onlara həqiqətən kömək edə bilərik”, – o əlavə edib və siyasətə yer olmamalıdır.
Fərahim Rəhimov