Polşada Hacı Şahinin anım günü münasibətilə iftar süfrəsi təşkil olunubbackend

Varşavada Hacı Şahin Həsənlinin anım günü münasibətilə azərbaycanlı gənclər tərəfindən iftar süfrəsi təşkil olunub.

“Yeni Gundem” xəbər verir ki, məclisdə 100-dən çox insan iştirak edib.

Anım mərasimində Şahin Həsənlinin müxtəlif istiqamətlərdəki müsbət fəaliyyətləri barədə ingilis və azərbaycan dillərində məlumatlar paylaşılıb. Onun ikinci vətən müharibəsi zamanı və sonrakı dövürlərdə bölüşdüyü vətənpərvərlik ideyalarından bəhs olunub.

Hacı Şahin Həsənlinin rəhbərlik etdiyi məscid heyətinin iştirakı ilə pandemiya dövründə, Türkiyə zəlzələsi zamanı davamlı yardımların təşkili barədə tədbir iştirakçılarına məlumat verilib.

Sonda mərhumun ruhuna dualar oxunub.