“Porsche” ilə qəza törədən milyonçunun qardaşı oğlu imiş: Sərxoş olubbackend

Xəbər verdiyimiz kimi, Bakıda gecə saatlarında “Porsche” markalı avtomobil qəza törədib.

Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib. Lakin rəsmi sənədlərdə “Porsche”ni Teymur Əhmədovun sürdüyü qeyd edilib.

“Yeni Gündəm” xəbər verir ki, qəza törənən vaxt sükan arxasında Teymur Əhmədov olub. Lakin o, sərxoş vəziyyətdə olduğu üçün məsuliyyətdən yayındırmaq səbəbi ilə avtomobilin Süleymanova Aytən Qabil qızı tərəfindən idarə edilməsi bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatda həmçinin bildirilir ki, qəzanı törədən Teymur Əhmədov məşhur milyonçu Fərhad Əmədovun qardaşı oğludur.

Avtosfer.az