“Porsche”ni metal arakəsmələrə çırpan qadın GÖRÜN KİM İMİŞ – YARALILAR VARbackend

Yevlaxda maşın metal arakəsmələrə çırpılıb, yaralanananlar var.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlağın Aran qəsəbəsindən keçən hissəsində baş verib.

Qadın sürücünün idarə etdiyi “Porsche” markalı maşın idarəetmədən çıxaraq metal arakəsmələrə çırpılıb.

Qəza nəticəsində Bakı sakini olan sürücü, 1995-ci il təvəllüdlü sərnişin Ələsgərli Aynur Polad qızı və 1997-ci il təvəllüdlü sərnişin Hüseynzadə Sevinc müxtəlif bədən xəsarətləri alaraq xəstəzanaya götürülüb.Bizim.Media