Praqada çay üzərindən keçən piyada körpüsü uçubbackend

Bakı. 2 dekabr. YENIGUNDEM.AZ/ Şənbə günü Çexiyanın paytaxtı Praqanın şimalında Vltava çayı üzərindən keçən və uzunluğu 253 metr olan piyada körpüsü uçub.

“Yenigundem“ “Report”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə zamanı suya düşə biləcəyi ehtimal olunan insanların axtarışı aparılır. Əməliyyatlara vertolyot cəlb olunub. Çay yolu gəmilər üçün bağlanıb.

Həmçinin hadisə ilə əlaqədar şəhər şurasının təcili iclası çağırılıb.

1984-cü ildə inşa olunmuş körpü İmperator adaları ilə paytaxt zooparkı və botanika bağının yerləşdiyi Praqa-Troya rayonunu birləşdirir.