Prezident 4 polkovnikə general-mayor rütbəsi verdi (SİYAHI)backend
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Yeni Gündəm” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə
polis polkovniki İslam Möhsüm oğlu Hümbətova
polis polkovniki Əkbər Məcid oğlu İsmayılova
polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.