Prezident Administrasiyası Qarabağ erməni icmasını görüş keçirməyə dəvət etdibackend

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilən müşavirənin davamı olaraq və martın 13-də dəvətə əsasən, Qarabağın erməni icmasının nümayəndələrini növbəti dəfə Xocalı şəhərində toplantı keçirməyə dəvət edir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezidentin Adminstrasiyası məlumat yayıb.

Eyni zamanda aprelin ilk həftəsi reinteqrasiya məsələlərini, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün Bakı şəhərində görüşün keçirilməsi üçün dəvət edilir.

Fərahim Rəhimov