Prezident: Azərbaycan Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyirbackend

Azərbaycan qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyir.

“Yeni Gundem” xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbulu zamanı deyib.

Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.