Prezident Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük işi sahəsində sazişi təsdiqləyibbackend
Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında gömrük işi sahəsində saziş təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2021-ci il noyabrın 15-də Ər-Riyad şəhərində imzalanmış Şaziş təsdiq edilib.