Prezident bu şəxslərə general-leytenant ali hərbi rütbəsi verdi – SİYAHIbackend

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə

general-mayor Elşən Ələkbər oğlu Verdiyevə

general-mayor ali hərbi rütbəsi

polkovnik Babək Vahid oğlu Qurbanova

polkovnik Faiq Həmzəağa oğlu Məmmədova.