Prezident bu xidmətə rəis təyin etdibackend

Prezident İlham Əliyev Məmməd Abbasbəyli ilə bağlı sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, sərəncama əsasən, Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, M.Abbasbəyli daha əvvəl sözügedən Xidmətin rəis müavini olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır.