Prezident elektrik stansiyalarındakı vəziyyəti diqqətdə saxlayırbackend

“Keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal 2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Çünki vaxtilə stansiyaların düzgün istismar olunmaması səbəbindən bu güclər itirilmişdi. Ancaq hazırda bu işlər aparılır və 400 meqavat gücün daha çox hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasında aparılan təmir-bərpa işlərinin hesabına əldə edilmişdir. Əlbəttə, digər stansiyaların da itirilmiş gücləri bərpa edilib və biz 400 meqavatı məhz buradan əldə etdik”.

“Yeni Gündem” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, proses bu il də davam edir və 2020-ci ildə də təqribən həmin rəqəm səviyyəsində generasiya gücü bərpa olunacaq.