Prezident Ərdoğana başsağlığı verdibackend

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

“Yeni Gündem”in xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.