Prezident fərman imzaladıbackend

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

“Yeni Gündəm” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanıb.