Prezident: “Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır, yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”backend

“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

“Biz əsasən “SinoVac” və “Pfizer” vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir və könüllüdür” – dövlət başçısı bildirib.