Prezident icra başçısını niyə yaxın buraxmadı? – VİDEObackend

Dünən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Quba rayonuna səfər ediblər.Məlum olduğu kimi ölkə başçısının səfərləri zamanı ona rayon icra hakimiyyətinin başçıları bələdçilik edir və təyinat məntəqələrindəki vəziyyət barədə onlar prezidentə məlumat verir.

“Yeni Gündəm” xəbər verir ki, Prezident İlham Əliyevin Quba səfəri zamanı ölkənin siyasi reqlamentində bir ilk yaşandı.Bu dəfə ölkə rəhbərinə icra başçısı yox, Quba rayonundan seçilmiş deputatı Vahid Əhmədov bələdçilik etdi.Səfər ənənəyə uyğun olaraq ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edilməsi ilə başladı.Amma icra başçısı Ziyəddin Əliyev burda gözə dəymədi.

Daha sonra prezident və ailəsi olimpiya idman kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.Səfərin bu hissəsində də icra başçısı yoxdur.

Prezident və ailəsi növbəti təyinat məntəqəsində isə  “Quba ABAD factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.İcra başçısı bu müəssisəsinin açılışında da prezidentin yanında deyildi.

Prezident İlham Əliyev daha sonra Quba-Qonaqkənd avtomobil yolunun açılışında iştirak etdi.İcra başçısı Ziyəddin Əliyev səfərin yalnız bu mərhələsində kameraların hədəfinə düşə bilib.Görüntülərdəndə də aydın olduğu kimi icra başçısının prezidentlə arasında olan məsafə ən azı 30 metrdir.Daha sonra prezident və ailəsi Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olublar.Buradada icra başçısı Ziyəddin Əliyev gözə dəymir.Olduqca məhsuldar və uzun bir səfər proqramı zamanı icra başçısının prezidentin yanında olmaması və ona bələdçilik etməməsi olduqca maraqlıdır.Hazırda hu məsələ Quba ictimaəti arasında ən çox müzakirə edilən bir mövzudur.4 ildən artıq xidmət etdiyin rayona prezident səfər edə və sən o səfərin prezidentə şeir, qəzəl ithaf edən bir aşığı qədər yaxın düşə bilməyəsən.

Prezident və ailəsinin Qubaya bu səfəri zamanı Quba sakinləri ilə necə səmimi və isti münasibət qurduğunun şahidi olduq.Və bununda şahidiyik ki İlham Əliyev özünü ən rahat hiss etdiyi səfərlərdə protakol qaydalarından qırağa çıxıb xidməti avtomabilini özü idarə edir.Quba səfərində də belə oldu.Amma qeyd etdiyimiz kimi,ilk dəfə idiki siyasi reqlamentdə birinci şəxsin rayona səfəri zamanı icra başçısı adi mühafizəçi kimi yalnız bir dəfə gözə dəydi.İcra başçısının bu missiyasını milli məclisin deputatı yerinə yetirdi.Çox yəqinki Prezident icra başçısını onun əlini sıxıb görüşmək şərəfindən də məhrum edib.Əks halda heç olmasa ulu öndərin abidəsi ziyarət edilən zaman Ziyəddin Əliyev prezidentin yanında olmalı idi.Amma olmadı.

Ölkənin ən strateji 5 rayonundan birində ,5 saatdan çox çəkən uzun bir səfər proqramı.Ümumi qiyməti təxminən 30 milyon manatdan çox olan olduqca əhəmiyyətli lahiyyələrinin açılışı.Ölkə başçısı ilə insanlar arasında baş tutan doğma münasibət.Səmimi ünsiyyət.Qardaşyana davranış.Həmdə ölkə başçısı hər zaman olduqu kimi bu dəfədə Qubaya öz ailəsi ilə birlikdə səfər edmişdi.Bu onun Qubaya və Qubalılara göstərdiyi yüksək dəyərin təcəssümü və nəticəsi idi.İlham Əliyev öz zəkası ilə Qubalıların etimadını  itirib nifrətini qazanan icra başçısında öz yerini göstərdi.Əhatəsindən və həndəvərindən 30-40 metr kənarda.Bax budur sizə verilən dəyər və qiymət Ziyəddin Əliyev.Şəxsi ambisiyalar ilə kinə qapılıb sağa-sola baxmadan lüzümsuz qərarlar verib az qala yüzlərlə insanın haqqına girməyin nəticəsi budur.Bu ölkə başçısı İlham Əliyevin az təminatlı insanlara bəxş etdiyi mənimsədiyiniz o 200 kart sahibinin ahı idi.

.Bütün bu əməllərinizlə özünüzdə müzəffər ali baş komandana layiq bir əsgər olmadığınızın şahidi oldunuz.Zalımın zülmü yadında qalmaz.Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir.

Evsiz-eşiysiz bir jurnalisti məhkəməyə verib yaxasından yapışmaqla əslində nə qədər çarəsiz və məhdudiyyətli olduğunuzu isbat etdiniz.Və bütün bu əməllər toplusu sizi olmalı olduğunuz yerdən görün hara apardı.Məs sizin kimi karsız icra başçılarına görə bu gün ölkədə icra hakimiyyətlərinin ləğv etmək  və yeni idarəetmə modelini formalaşdırmaq zərurəti yaradıb.Amma zənnimcə sizin sadaladığımız bütün bu məqamlar haqqında düşünməyə elədə çox zamanınız olmayacaq.