Prezident İlham Əliyev: Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişikbackend

Biz enerji bazarında payımızı artırırıq. Neft və qaz boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti artıq dəyişmişik.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

“İndi isə artıq elektrik enerjisinin ötürülməsi ilə bağlı yeni imkanlar yaradırıq”, – deyə dövlət başçısı qeyd edib.